Lənkəran rayonu MDB məkanındakı kurort bölgələrinin siyahısında ilk beşlikdə yer alıb.
Baki-xeber.com-un “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bu barədə RoomGuru.ru saytı bildirib. Saytın rusiya əhalisinin MDB məkanında üstünlük verdiyi istirahət bölgələrini araşdırması nəticəsində bəlli olub ki, bu sırada ilk beşlikdə Qırğızıstanın İssık-Kul, Qazaxıstanın Borovoy, Belarusun Naroç, Azərbaycanın Lənkəran və Ernənistanın Sevan (Göyçə) rayonları qərarlaşıb.
Saytın araşdırmasına görə, Rusiya əhalisinin MDB ölkələrinə turist səfərləri ötən illə müqayisədə 10 faiz artıb. Sayt turistlərin istirahət üçün seçdikləri bölgədə qaldıqları müddətə də diqqət yetirib. Bəlli olub ki, rus turistlər Issık-Kulda ortalama 10 gün, Lənkəranda 1 həftə istirahət ediblər. Ən qısa müddətli istirahət yeri kimi isə Sevan göstərilib – 1,5 gün.