Türkiyədə ABŞ-dan olan jurnalist Lindsi Snel tutulub.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, o, mir müddət Suriyada çalışaraq “Cəbhət Fəth əş-Şam döyüşçülərindən müsahibələr götürüb. ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi gündəlik brifinqdə faktı təsdiqləyib və bildirib ki, Türkiyədə avustun 7-də tutulan xanım jurnalist Hatay vilayətindəki türmədə saxlanır. Onun sözlərinə görə, ABŞ-ın Adana konsulluğunun əməkdaşları avqustun 26-da ona baş çəkərək konsul xidmətləri göstəriblər. Kirbi jurnalistin tutulana qədər Suriyada olduğunu təsdiqləsə də, orada nə işlə məşğul olduğuna aydınlıq gətirməyib.
NBC News telekanalının xəbərinə görə, amerikan diplomatları onu müşayiət etmək üçün Türkiyə-Suriya sərhədinə gəliblər, lakin jurnalist Türkiyə ərazisinə keçən kimi saxlanıb. İlkin məlumata görə, Lindsi Snell sərhədi qanunsuz keçməkdə suçlu bilinir.
Xəbərdə o da bildirilir ki, xanım jurnalist MSNBC, ABC News, Discovery и Yahoo News telekanalları ilə əməkdaşlıq edib. Suriyada isə o, Hələb şəhərinin əyalətində fəaliyyət göstərib. Sosial şəbəkələrdəki paylaşımları onun 5 avqustda “Cəbhət Fəth ən-Nüsra” silahlıları tərəfindən tutulduğundan xəbər verir. Lakin bununla belə, onun sözlərinə görə, terrorçuların nəzarətindəki ərazilərdə olmaq üçün icazəsi olub və onlardan müsahibə götürüb. İki həftə həbsdə qaldıqdan sonra isə o, terrorçuların əlindən qaça bilib. Lakin Türkiyədə yenidən həbsə düşüb.