Türkiyənin daxili işlər naziri Əfqan Ala gözlənilmədən istefa verib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Baş naziri Binali Yıldırım bildirib. Onun sözlərinə görə, Əfqan Alanın yerinə Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin edilib. Ölkənin əmək naziri postuna isə Mehmet Müezzinoğlu gətirilib.
Xəbərdə o da bildirilir ki, bu gün Cumhurbaşqanı Ərdoğanla Baş nazir Binəli Yıldırım arasında təxminən iki saat sürən görüş olub. Həmin görüşün ardından isə Süleyman Soylu Prezident iqamətgahına çağırılıb və yeni görəvi ona elan olunub. Xəbərdə yer alan bilgiyə görə, Süleyman Soylunun iyulun 16-na keçən gecə TRT-nin binasının çevrilişçilərdən təmizlənməsində müstəsna xidməti olub. Görünür, onun sədaqəti bu formada dəyərləndirilib.
2016-ci il mayın 24-dən işlər naziri vəzifəsində çalışan Əfqan Alanın isə istefasının səbəbləri barədə məlumat verilmir.