Fransanın Marsel şəhəri yaxınlığındakı Coca-Cola zavodunda nə az, nə çox – 50 milyon avro dəyərində kokain aşkarlanıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, narkotikin ümumi çəkisi 370 kiloqramdır. Bəlli olub ki, narkotik vasitə sellofan paketlərə yığılaraq Latın Amerikasından zavoda gələn yükün arasında gizlədilib. Ekspertlər tərkibi sirr kimi saxlanan Coca-Colaya narkotik qatılmasından narahatdır.
Polis araşdırma aparır.