Bu gün axşam saatlarında Sumqayitda ağır yol qəzası baş verib.
“Trend”-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəzası saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.
Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu Bayramov Əliyar Yusif oğludur.