Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın növbəti görüşünün tarixi bəlli olub.
Baki-xeber.com-un “Habertürk”ə istinadən xəbərinə görə, bu barədə ilk açıqlama Rusiya prezidentinin köməkçisi Yuri Uşakovdan gəlib. “Reuters”in xəbərinə görə, jurnalistlərə açıqlamasında o deyib ki, G20 Sammiti çərçivəsində Pekində olacaq iki ölkə lideri arasında sentyabrın 3-də görüş olacaq.
Xatırladaq ki, təyyarə olayı ilə bağlı soyuqluq sonrası Putinlə Ərdoğan ilk dəfə avqustun 9-da Sankt-Peterburqda bir araya gəlmişdi.