Şimali Koreya lideri Kim Çen İnin şəxsi göstərişinə əsasən iki məmur güllələnib.
Baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir ki, bunlar keçmiş kənd təsərrüfatı naziri Xvan Mine və Təhsil nazirliyinin işçisi Ri Yon Çjindir. Birincinin hansısa hərəkəti ilə ölkə başçısının qəzəbinə tuş gəldiyi ehtimal olunur. Təhsil nazirliyinin işçisinin isə Şimali Koreya lideri iclasda çıxış edərkən mürgüləməsi barəsində ölüm hökmü çıxarılmasına səbəb olub.
Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti özünün mənbələrinə istinadən yazır ki, ölüm hökmü xalqın gözü qarşısında zenit qurğusundan açılan atəşlə yerinə yetirilib. Nəşr onu da bildirir ki, bu, Kim Çen İnin hakimiyyətə gəlməsindən sonra ilk edam aktıdır.