Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbəri yayılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Ferqana.ru” saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, İslam Kərimov həyatının 79-cu ilində Daşkənd vaxtı ilə saat 15-16 radələrində həyata vida edib. Lakin hələlik xəbərin rəsmi təsdiqi yoxdur.
Xatırladaq ki, daha öncə İslam Kərimovun kiçik qızı Lola Kərimova atasının durumunun stabil olduğunu, lakin bundan sonrasını proqnoz etməyin çətin olduğunu bildirmişdi.