ABŞ prezidenti Barak Obamanın sentyabrın 4-də Pekində baş tutacaq G20-lərin Sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş planladığı ortaya çıxıb.
Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə Amerika prezidentinin köməkçisi Ben Rods bildirib. Onun sözlərinə görə, görüşün gündəliyində çevriliş olayından sonra Türkiyədəki vəziyyət, Suriya və İraqda İŞİD-lə mübarizə, Suriyadakı son durum və qaçqınlar problemi kimi aktual məsələlər durur.
Lakin Türkiyə prezidentinin əsasən Gülən məsələsilə bağlı sözügedən görüşdə maraqlı olduğu şübhəsizdir. Xatırladaq ki, ötən həftə Ərdoğan ABŞ vitse-prezidenti Cozef Baydenlə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin ABŞ-a Fətullah Gülənin günahını isbatlayan 85 bağlama sənəd göndərdiyini bildirib. Öz növbəsində Bayden bu məsələdə istər özünüm, istərsə də Obamanın səlahiyyət sahibi olduğunu bildirib.
Gülən isə, günahı sübuta yetirilərsə, Türkiyəyə dönəcəyini deyib.