Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyinin məlumatına görə, 29 avqust 2016-cı il tarixində CAR-da Azərbaycan mətbəxinin ləziz nümunələrinin yer aldığı "Dünya bir boşqabda" ("The World on a Plate") başlıqlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabda dünya kulinariya nümunələri sırasında Səfirliyimizin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri də oxuculara təqdim olunub. Kitabda balıq ləvəngisi və şəkərburanın bişirilmə qaydası əks olunub.
Təqdimat mərasimində, həmçinin, Azərbaycanla bağlı quraşdırılmış stenddə ölkəmizin mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yerləşdirilib.
Qeyd edək ki, "Dünya bir boşqabda" kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət International Diplomatic Spouses Association-un təşəbbüsü ilə ilə nəşr edilib.
Xəbər xidməti