Özbəkistan prezidenti İslam Kərimovun beyninə qan sızıb və o, artıq neçə gündür reanimasiyadadır.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə onun kiçik qızı Lola Kərimova özünün instaqram səhifəsində yazıb. Bildirib ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir. Lakin o yazır ki, prezidentin gələcək durumunu proqnoz etmək hələ tezdir.
Xatırladaq ki, İslam Kərimovun kabineti avqustun 28-də onun xəstəxanaya qaldırıldığı barədə xəbər vermişdi. 78 yaşlı prezidentin diaqnozu ilə bağlı isə heç bir açıqlama verilmir.