Almaniya kansleri Angela Merkel ölkəsində yaşayan türklərə müraciət edib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, xanım Merkel Türkiyədə yaşanan problemləri ölkəsinə daşımamağı tövsiyə edib. ABŞ televiziyasına danışan Merkel Türkiyədə yaşanan sıxıntıların Almanyaya daşınmamasını ən önəmli məsələ adlandırıb. “Passauer Neue Presse” qəzetinə açıqlamasında isə o, həmin fikirlərinə “ölkəmizdə yaşayan və bəziləri Almaniya vətəndaşlığı daşıyan türklərdən daha böyük sədaqət gözləyirik” sözlərini əlavə edib.