Rusiya ötən ilin noyabrında baş verən təyyarə olayının ardından iki ölkə arasında yaşanan soyuqluq səbəbilə dayandırılan Türkiyəyə çarter reyslərini bərpa edib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Rusiya Baş naziri Dmitri Medvedyev bununla bağlı bu gün əmr imzalayıb. Sənəd Rusiya hökumətinin rəsmi saytına da yerləşdirilib. Sənəddə deyilir ki, 2015-ci ilin 30 noyabr tarixindən qüvvəyə minən və Türkiyəyə hava daşımalarına məhdudiyyəti nəzərdə tutan sərəncam qüvvədən düşmüş sayılır. Sənəddə, eyni zamanda, Türkiyə Cumhuriyyətinə hava daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə əlavə tədbirlərin görülməsi tövsiyə olunur.