İrəvan aeroportunda ABŞ-ın təqdimatına əsasən beynəlxalq axtarışa verilmiş 30 yaşlı Sergey Mironov tutulub.
Baki-xeber.com-un “Life” agentliyinə istinadən xəbərinə görə, Amerika dövləti onun silah ticarəti üzrə mütəxəssis olduğundan şübhələnir. Elə bu şübhə ilə də ABŞ onu beynəlxalq axtarışa verib. Hazırda İrəvan məhkəməsi onun Amerikaya ekstradisiyası məsələsini həll etməlidir.
Xəbərə görə, tutulduğu anda həyat yoldaşı da Mironovun yanında olub və mətbuata da bu barədə o xəbər verib. Bundan sonra Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşları hadisə yerinə gəlib. Mironovun tutulması ilə bağlı ABŞ tərəfi artıq məlumatlandırılıb.