ABŞ-ın Virciniya ştatından olan milyarder, Virgin Group korporasiyasının başçısı Riçard Brenson Virciniya adalarının birində velosipedlə hərəkət edərkən müvazinətini itirərək yolun kənarındakı dərəyə aşıb.
Baki-xeber.com-un “Rossiya 24” kanalına istinadən xəbərinə görə, onun sağ qalması möcüzə olub. Xəbərə görə, onu başındakı şlem xilas edib. Brenson sosial şəbəkədə bu barədə qeydində bildirir ki, bir anda bütün həyatı gözünün önündən keçib. Milyarder bu barədə danışarkən zarafatından da qalmayıb. O deyib ki, yıxılırsansa, deməli irəliyə doğru hərəkətdəsən.
66 yaşlı maqnatın yalnız çiynindən və sol yanağından xəsarət aldığı bildirilir.