Qroznıda son günlər əsən qasırğalı külək və leysan yağışları izsiz ötüşməyib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, nəticədə 70-dən artıq ev və obyekt zərər görüb. Bu barədə regional Fövqəladə Hallar xidməti məlumat yayıb. Xidmətin xəbərinə görə, hazırda şəhərin Nadtereçnı və Urus-Martan qəsəbələrində qasırğanın vurduğu fəsadların aradan qaldırılmasına başlanıb. İlkin məlumata görə, burada 59 şəxsi, 5 çoxmənzilli binanın dam örtüyü sıradan çıxıb. Bundan əlavə, məktəb, çoxfunksiyalı mərkəz və “Qroznı” telekompaniyasının binaları da zərər görüb.
Qeyd edək ki, regionda əlverişsiz hava şəraiti bu gün də davam edəcək.