Şənbə günü səhər saatlarında Tallin aeroportunda bomba həyəcanı yaşanıb.
Baki-xeber.com RİA”Novosti”-yə istinadən xəbər verir ki, sərnişinlərdən biri baqajında partlayıcı qurğu olduğunu bildirib. Bundan sonra 200 nəfərdən çox insan dərhal evakuasiya edilib. Lakin axtarışlar nəticəsində onun dedikləri təsdiqini tapmayıb. Yerli icra orqanının mətbuat katibi Seyko Kuyk həmin şəxsin artıq saxlandığını xəbər verib və barəsində cinayət işi qaldırıldığını bildirib.
Xəbərdə o da qeyd olunur ki, Estoniya qanunvericiliyi bu cür hallara qarşı 5 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.