Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərinin Ankaraya səfəri gözlənir.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə “Kommersant” özünün hərbi qurumdakı mənbələrinə əsasən xəbər yayıb. Onun sözlərinə görə, Moskva və Ankara Suriya məsələsilə bağlı “çox sıx şəkildə” informasiya mübadiləsi aparır və iki ölkə Baş qərargahları arasında daimi əlaqə mövcuddur. Bu səbəbdən sözügedən nəşr bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin Türkiyə paytaxtına səfərini istisna etmir.
Daha öncə isə Türkiyə Prezident Administrasiyası Putin və Ərdoğan arasında Çində görüşməklə bağlı razılıq əldə olunduğunu bildirmişdi.