ABŞ və Rusiya hərbçilərinin Suriyada əməkdaşlığı ilə bağlı hər hansı razılaşma əldə olunmayıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, belə bir açıqlama ilə Pentaqon rəsmisi Piter Kuk çıxış edib.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov Suriya məsələsində ABŞ-la təmasların intensivləşdirilməsi barədə razılaşma əldə olunduğunu bəyan etmişdi. Bu həm də Rusiyanın bu ölkədəki hərbi bazasının rəhbərliyilə Amerikanın İordaniya paytaxtındakı komandanlığın nümayəndələri arasında təmasların artırılması anlamına gəlirdi. Kuk isə deyib ki, diskussiyalar zamanı bir sıra fikir ayrılıqları aradan qaldırılsa da, hələ öz həllini gözləyən məsələlər qalır. “Hazırkı anda belə bir razılaşma yoxdur”- deyə o bildirib.