Şənbə günü səhər saatlarından Kabardin-Balkar respublikasının Nalçik şəhərində və Çegem rayonunda antiterror əməliyyatı rejimi (KTO) tətbiq olunub.
Baki-xeber.com ria.ru saytına istinadən xəbər verir ki, bu barədə agentliyə respublikanın operativ qərargahından xəbər veriblər. Operativ qərargahın rəsmisi bildirib ki, Nalçik şəhərində və Çegem rayonunda antiterror əməliyyatı rejimi barədə qərar bu gün səhər saat 6.20-də region üzrə FTB-nin rəisi tərəfindən verilib. O əlavə edib ki, bu qərarın verilməsində məqsəd regionda terrorun qarşısını almaq və gizli quldur dəstəsi üzvlərinin aşkarlanaraq zərərsizləşdirilməsidir.
Qeyd edək ki, daha öncə Dağıstanın iki rayonunda sözügedən rejim tətbiq olunub.