şənbə günü, 31 oktyabr 2026
     

Heydər Əliyev Fondundan valideyn himayəsindən məhrum uşaqlar və təhsildə fərqlənən şagirdlər üçün istirahət proqramı...

Image


Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib.

“Trend”in xəbərinə görə, proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib. Bakıdan Qəbələyə yola düşən uşaqlar elə təyyarədə ilk dəqiqələrdən əyləncə dolu anlar yaşayıblar. Şən klounlarla birlikdə Qəbələyə gedən uşaqları qarşıda maraqlı bir istirahət gözləyirdi. Qəbələ aeroportunda balacaların sevimli qəhrəmanları əllərində rəngarəng şarlarla onları qarşılayıb. Dostları ilə birlikdə yay istirahətini keçirməyin sevincini yaşayan uşaqlar Qəbələdə onlar üçün ayrılmış xüsusi avtobuslarla əyləncə məkanına yola düşüblər. “Qəbələnd” Əyləncə Mərkəzinə gələn uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün xüsusi proqram hazırlanmışdı. Burada uşaqlar hər bir yaş qrupuna uyğun tərtib olunan müxtəlif əyləncələrdə həvəslə iştirak edib. İsti yay günündə “Qəbələnd”in buz meydançasından başlanan əyləncə müxtəlif attraksionlar və oyunlarla əvəzlənib. Əyləncə Mərkəzinin geniş meydanında musiqi sədaları altında uşaqların nağıl qəhrəmanları və klounlarla rəqsi isə istirahət proqramını əsl bayrama çevirib. Nizami rayonu 1 nömrəli uşaq evinin sakinləri Aynur İmanova, Aysun Vəliyeva, Aysel Ağayarlı bu unudulmaz əyləncə şəraitində vaxt tapıb öz təəssüratlarını da bölüşüblər. Qəbələnin Qum qəsəbəsindən olan Xumar Hacıyeva isə burada özünə yeni dostlar tapdığını söyləyib.

Nizami rayonu 1 nömrəli uşaq evinin sakini Maral Zeynalova bu gün hamıdan çox sevinirdi, çünki avqustun 26-sı onun ad günü idi. O, bu istirahət proqramının onun üçün çox gözəl hədiyyə olduğunu bildirib.

“Tufandağ” Qış-Yay İstirahət Kompleksində isə uşaqları kanat xətti ilə gəzinti gözləyirdi.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirib. Ən əsası isə Heydər Əliyev Fondu valideyn qayğısından məhrum olan körpələri və uşaqları əsl ailə qayğısı ilə əhatə edib.

Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrin təhsilinin, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onlarda vətənpərvərlik hissinin aşılanması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir, müəssisələrdə məskunlaşan uşaqların təhsilinə, buradakı özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım olan köməyini əsirgəmir. Fond tərəfindən aparılan ardıcıl və sistemli tədbirlər böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə edilərək layiqli vətəndaş kimi yetişməsinə yönəlib. Reallaşdırılan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva daim körpələr və uşaq evlərində, internat məktəblərində olur, onların gündəlik qayğıları ilə maraqlanırlar. Artıq bir ailə sevgisi ilə əhatələnən bu körpələr və yeniyetmələr istər bayramları, tətil günlərini, istərsə də asudə vaxtlarını beləcə Fondun nümayəndələri ilə birlikdə keçirirlər.

Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində dövlətin təhsil sahəsindəki layihələri və islahatlarına dəstək olaraq müxtəlif tədbirlər həyata keçirir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin yüksəldilməsi istiqamətində proqramlar reallaşdırır. Qəbələdə təşkil olunan istirahət proqramında təhsildə fərqlənən şagirdlərin iştirakı həm də bu sahədəki tədbirlərin bir davamı idi.

Heydər Əliyev Fondu, həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyasına yönəlik proqramlar reallaşdırır. Bu baxımdan Fondun dəstəyi ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil edilən sosialyönümlü tədbirləri nümunə göstərmək olar.

Qəbələdə tərtib olunan istirahət proqramı isə uşaqların yaddaşına daha bir xoş gün kimi yazıldı. Uşaqlar bu günün təəssüratını həm də onlar üçün təşkil olunan nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar. Proqram çərçivəsində uşaqlar nağıl qəhrəmanları, şən klounların əhatəsində oynayır, rəqs edir, viktorinalarda yarışırdılar.

Səfər zamanı gözəl istirahət günündən xatirə olaraq uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verilib. Daha sonra Azərbaycanın səfalı məkanlarından olan Qəbələnin gözəl mənzərələrindən birinə - Nohurgölə səfər edilib.

Heydər Əliyev Fondunun təşkil etdiyi istirahət proqramı uşaq və yeniyetmələrin səmərəli dincəlmələri, dostları ilə bir arada əylənmələri ilə yanaşı, həm də Azərbaycanın daha bir bölgəsini yaxından görmək və tanımaq fürsəti yaratdı. Uşaqlar daha bir mənalı istirahət gününü təbiətin gözəlliyini seyr edərək başa vurdular.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ