Türkiyə 10 ölkədəki səfirini dəyişib. Baki-xeber.com xəbər verir ki, Türkiyənin 12 xarici dövlətdən geri çağırılan səfiri Xarici İşlər Nazirliyinə çalışacaq.
Baki-xeber.com xəbər verir ki, geri çağırılanlar arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun da var. Onun yerinə isə Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İsmayıl Alper Coşkun isə bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc da səfir göndərilib. 2008-ci ilin martından 2012-ci ilin sentyabrınadək Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 2012-ci ildən isə ölkəsinin Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyən diplomat rəsmi Ankaranın Moldovadakı səfiri təyin olunub.