şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycandakı dini icma rəhbərləri ermənipərəst mövqe tutan Parlamentlərarası Pravoslav Assambleyasına qarşı...

Image


Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaların rəhbərləri bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Saloniki şəhərində Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəaya etiraz məktubu ünvanlayıblar.

Müraicətdə deyilir ki, "Parlamentlərarası Pravoslav Assambleyasının hörmətli üzvləri, Parlamentlərarası Pravoslav Assambleyasının bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Soloniki şəhərində keçirilən 23-cü illik toplantısında qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamə müasir dünyanın, xüsusilə də Avropanın taleyi üçün əhəmiyyətli və həssas məsələlərə toxunsa da, təəssüf ki, qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müddəalar reallıqdan və obyektivlikdən uzaqdır.

Nəzərinizə çatdırırıq ki, Azərbaycanda tarix boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri bir ailə kimi dinc yanaşı yaşamışdır. Təsadüfi deyil ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti, həmçinin bu istiqamətdə Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl siyasət bu gün bütün dünyada örnək olaraq qəbul edilməkdədir. Azərbaycanda dözümlülüyün və dialoqun qorunması istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki, təkcə bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-müsəlman dini icmalara 800 min manat ($516 000), o cümlədən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 250 min manat ($161 000) vəsait ayrılmışdır. Həmçinin maddi və mənəvi irsə olan ənənəvi hörmətin göstəricisi kimi müsəlman məscidlərinin, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların inşası və təmir işlərinə dövlət tərəfindən qayğı ilə yanaşılır.

Milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə əsrlər boyu tolerantlığı ilə nümunəvi olan Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar keçirməklə, habelə beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməklə beynəlxalq aləmə öz töhfələrini vermişdir. Azərbaycanda son illərdə dünya dini liderlərinin Zirvə görüşü, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumları, Bakıda dünya dini liderlərinin sammiti, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda konfrans, Mədəniyyətlərarası Dialoq Forumu, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında II Dünya Mədəniyyətlərarası Dialoq Forumu, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumun Bakı şəhərində keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzundan xəbər verir.

Dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, ksenefobiya, antisemitizm halların artdığı dünyamızda Azərbaycan hökuməti nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlər üçün xüsusi tarixi, mənəvi əhəmiyyəti olan abidələrin bərpasına və inşasına diqqət ayırır. Bu baxımdan Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılmasını nümunəvi hal kimi göstərmək olar.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından qaçqın və köçkün düşmüşdür. Hərbi təcavüz nəticəsində təxminən 403 tarixi-dini abidə erməni işğalı altında qalmışdır. Milli, dini ənənəni özündə daşıyan bu abidələr ermənilər tərəfindən məhv edilir, tarixi alban məbədləri isə erməniləşdirilib qriqoryanlaşdırılır.

Bütün bunlara baxmayaraq, Azərbaycan paytaxtının mərkəzində yerləşən erməni kilsəsinin Azərbaycan dövlətinin mühafizəsi altında olması təqdirəlayiq haldır.

Təəssüf ki, Ermənistan tərəfindən münaqişə tarixi boyu törədilmiş insanlığa zidd əməllər və vandalizm bu ilin aprel ayında yenidən təkrarlanmışdır. Ermənistanın təcavüzkar olması və qoşunlarının Azərbaycan ərazisindən təcili çıxarılması ilə bağlı BMT qətnamələrinə, habelə ATƏT-in Minsk Qrupunun bəyanatlarına və Avropa Şurasının rəsmi sənədlərinə məhəl qoymayan Ermənistan silahlı qoşunlarının törətdikləri fitnəkar təxribat nəticəsində bu ilin aprel ayının əvvəllində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə (01-05.04.2016) yüzlərlə insan, o cümlədən mülki şəxslər həlak olmuş, Azərbaycanın Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalmış, bəzi məscidlərə ciddi ziyan dəymişdir. Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlmişdir. Tərtər şəhər “Cümə” məscidinin ətrafına erməni silahlıları tərəfindən atılan top mərmiləri məscidin bir tərəfinin divarlarında çatlar əmələ gətirmişdir.

Hörmətli Assambleya üzvləri,

Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük.

Odur ki, biz, baş verən hadisələrin, eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin şahidi kimi Sizi qərəzsiz və düzgün mövqe nümayiş etdirməyə, ədalətin bərpası üçün səy göstərməyə çağırırıq".

Müraciəti Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian icmasının sədri

Robert Mobili, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, “Həyat sözü” Xristian dini icmasının sədri

Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Yəhya Məmmədov, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri

Vera Nesterova, “Yeni Həyat” Xristian incil dini icmasının sədri Lyudmila İbrahimova imzalayıb.

Qeyd edək ki, məsələ ilə bağlı hal-hazırda Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ