İŞİD və PYD terror təşkilatlarının nəzarətində olan torpaqların əhalisi müxalifətin əlində olan Aazez şəhərinə axışmaqda davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Anadolu Agentliyinə “Faylak əş-Şam” müxalifət qruplaşmasının səhra komandırı Rami Əbu-Katad xəbər verib. O deyib ki, İŞİD-in nəzarətində olan Deyr əz-Zor, Rakka və Hələbi, eyni zamanda PYD-nin nəzarətində olan Münbiç şəhərini hər gün orta hesabla 1500 nəfət tərk edir. Əbu-Katadın sözlərinə görə, onların hamısı Aazezə üz tutur. Beləlilklə bu şəhərə son 4 ayda 21 min 773 nəfər kişinin gəldiyi xəbər verilir ki, qadın və uşaq sayı bu rəqəmə daxil deyil. Xəbərdə o da bildirilir ki, İŞİD qaçqınların getdiyi yolu minaatanlardan atəşə tutmaqda davam edir. Bu üzdən də əhalinin köç etmək üçün günün qaranlıq saatlarına üstünlük verdiyi bildirilir.