ABŞ Dövlət Departamenti öz vətəndaşlarına və eyni zamanda İran vətəndaşlığı olan şəxslərə İrana səfər zamanı tutulma risqi ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un "Sputnik”-ə istinadən xəbərinə görə, Dövlət Departamenti bildirir ki, ikili vətəndaşlığı olan – İran və Avropa ölkələri, o cümlədən ABŞ - şəxslər İrana səfər edərkən əvvəlki kimi orada saxlanır və onların ölkəni tərk etməsinə imkan verilmir.
Bundan əlavə, Dövlət Departamenti İranda olan vətəndaşlarına da yerli şəraiti öyrənməyi və ölkəni tərk etmə mövzusunda risq dərəcəsini dəyərləndirməyi tövsiyə edir. Departament iddia edir ki, İran hökuməti ölkəyə gedən tələbələri, akademikləri, jurnalistləri və digər intellektualları şpionajda suçlayaraq həbs edir. Bu mövzuda qurum onu da diqqətə çatdırır ki, ABŞ-la İran arasında diplomatik əlaqələr olmadığına görə Amerika ekstremal vəziyyətlərdə öz vətəndaşlarına lazımi köməyi göstərə bilmir.