ABŞ prezidentliyinə namizəd Donald Trampın həyat yoldaşı Melanya Britaniyanın "Daily Mail” qəzetinə qarşı məhkəmə davası açıb.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, buna səbəb sözügedən nəşrin onun 90-cı illərdə eskortda çalışmasını yazması olub. Melanyanın vəkilləri bu xəbəri "100 faiz böhtan” adlandırıb. "Guardian” isə yazır ki, seçkilərə bir neçə ay qalmış prezidentliyə namizədin və onun xanımının məhkəməyə müraciət etməsi görünməmiş hadisədir. Belə bir vaxtda "New York Post” qəzeti isə Melanyanın çılpaq şəkillərini dərc edib.
Daha öncə konqresmen-demokrat Havyer Bekerra Trampı Sloveniyadan olan arvadının necə ABŞ vətəndaşına çevrilməsi mövzusunda susmaqda suçlayıb və bu barədə danışarkən onun miqrantlara olan qəddar münasibətinə diqqət çəkib. Bildirib ki, həyat yoldaşı olaraq əcnəbini seçən biri, prezident olarsa, milyonlarla "gəlməni” deportasiya edəcəyini, Meksika ilə sərhəddə isə divar hördürəcəyini bəyan edir.
Qeyd edək ki, 69 yaşlı Tramp seçkilərdə qalib gələrsə, 46 yaşlı Melanya ABŞ prezidentləri tarixində ikinci "gəlmə” "first lady” olacaq, ilk "gəlmə” "first lady” isə 6-cı Amerika prezidenti Kuinsi Adamsın İngiltərədə doğulmuş xanımı Luiza Adams olub. Adamslar ailəsi 1825-1829-cu illərdə Ağ Evin sakinləri olublar.