Qazaxıstan xüsusi xidməti ölkədə seriyalı terror aktlarının qarşısını aldığını açıqlayıb.
Baki-xeber.com-un Regnum-a istinadən xəbərinə görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları radikal qrupun 4 üzvünü yaxalayıb. Qurumun mətbuat xidmətinin açıqlamasına görə, respublika ərazisində terror aktları törətməyi planlayan qrup ətrafında xüsusi əməliyyat 18 avqust tarixində Almatı vilayətində keçirilib. Xəbərə görə, saxlananlar Qazaxıstan və Qırğızıstan vətəndaşlarıdır. Onların mənzillərində aparılan axtarışlar nəticəsində əldədüzəlmə partlayıcı qurğuların komponentləri, eyni zamanda dini-ekstremist materiallar aşkarlanıb.