Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi burada özlərini lazımı səviyyədə ifadə edir, mədəniyyətlərini, folklor və musiqilərini təbliğ edirlər.
Keçən həftənin cümə günü Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycanın əməkdar mədəniyyət işçisi, müğənni Nuriyyə Mansurovanın təşkilatçılığı ilə Xalqlar dostluğu” devizi ilə "Vstreça druzey” adlı maraqlı tədbir keçirildi.
Gecədə çıxış edən Nuriyyə Mansurova qeyd etdi ki, Azərbaycan burada yaşayan bütün xalqların doğma anasıdır. Ölkəmizdə yaşayan azsaylı xalqların folklor mədəniyyətinin, musiqisinin yaşadıldığını deyən N.Mansurova bildirdi ki, tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin və Tatarıstanın ölkəmizdəki Daimi nümayəndəliyinin rəsmi təmsilçiləri gecəyə qatılıb. Azərbaycanda yaşayan bütün xalqların dostluğundan danışan əməkdar mədəniyyət işçisi vurğuladı ki, tədbirdə Azərbaycan, rus, tatar dillərində mahnılar səslənəcək, müxtəlif xalqlkarın milli rəqsləri təqdim ediləcək.
"Vstreça druzey” tədbiri dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettasınından parçalarla başlandı. İsmayıl Yunusob "Əsgərin ariyası”nı, Mələk İsrafilova "Asiyanın ariya”sını, milliyyətcə tatar olan və Azərbaycan Akademik Opera və Balet Teatrının solosti Valeriya Ncgəndərova isə "Gülçöhrənin ariyası”nı ifa etdilər.
Gecədə Azərbaycan milli və Şərq rəqslərinin mahir ifaçısı, ustad sənətkar, respublikamızın xalq artisti Roza Cəlilova, əməkdar artist, rəqs ustası Aliyyə Ramazanova fəxri qonaq qismində iştirak edirdilər.
"Xalqlar dostluğu” devizi ilə keçirilən tədbirdə ilk milli rəqslə Lenay Seyidəlizadə çıxış etdi. Nənəsi Roza Cəlilovanın quruluş verdiyi "Humayun rəngi” rəqsini Lenya olduqca məharətlə ifa etdi. Lenayın rəqs ifaçılığnda incəlik, milli kolorit, plastika özünü olduqca qabarıq göstərdi. . Gecədə Lenay Seyidəlizadənin təqdim etdiyi digər rəqs isə Roza xanımın vaxti ilə qurduğu "Ağ çiçəyim” rəqsi oldu. Vaxt vardı ki, bu rəqsi Roza Cəlilova, Aliyyə xanım və başqaları ifa edirdi. Bu gün isə gənclər ifa edir...
Gənc ifaçı Nofəl Aslanov Tofiq Qulieyvin "Sənə də qalmaz” mahnısını ifa etdi. Roza Cəlilovanın qurduğu "Qaval rəqsi”ni isə gənc rəqqasə, sənətkarın nəvəsi Aslana təqdim etdi. Gecədə Bakıdakı eus icmasının Limberq adına "İqray Qarmon” xor ansamblı da çıxış etdi. Tədbirdə Tatarıstanın əməkdar artisti, Sankt-Peterbruqdakı Marinski opera və Balet Teatrının solisti Timur Abdikiyev, tədbirin təşkilatçısı müğənni Nuriyyə Mansurova və başqaları mahnılar ifa etdilər. Gecədə Aliyyə Ramazanovanın tələbəsi Rəna Qafarlı iki gözəl rəqs təqdim etdi. Rəqslərdən biri Özbəx xalq qəqsi "Bəri gəl”, o biri isə toylarımızın tacı "Vağzalı-Mirzeyi” rəqsi idi.
Olduqca maraqlı keçən gecədə Bakıda yaşayan müxtəlif icmaların nümayəndələri, incəsənət adamları iştirak edirdi...
Iradə SARIYEVA