Fransa prezidenti Fransua Olland Türkiyənin Qaziantep vilayətində törədilən terror aktını pisləyib.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, Olland, terrora məruz qalmış ölkə kimi, Fransanın Türkiyənin kədərini anladığını və hüznünə şərik olduğunu bildirib, özü və xalqı adından Türkiyə prezidentinə və Türk xalqına başsağlığı verib.