Rusiya prezidenti Vladimir Putin Qaziantepdə terror hadisəsilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Baki-xeber.com-un Kremlin saytına istinadən xəbərinə görə, Rusiya prezidenti Qaziantepdə toy məclisinə hücum nəticəsində 50 nəfərin həlak olması , onlarla yaralının olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralananlara şəfa diləyib.
"Toy mərasimində qəddarlığın törədilməsi özünün sinizmi ilə insanı mat qoyur. Bu bir daha göstərir ki, terror nəinki sivil cəmiyyətin qanunlarını, hətta insan əxlaqının əsas normalarını belə tanımır”- deyə putinin məktubunda bildirilir.
Başsağlığı mətnində, həmçinin, Putin Ərdoğana Türkiyənin terrorizmə qarşı mübarizəsinə dəstək verməyə hazır olduğunu bildirib.