Ötən gecə Qaziantepin Şahinbey qəsəbəsində toy salonuna silahlı hücum barədə xəbər vermişdik. O anda əlimizdə olan bilgiyə görə, yalnız yaralıların olduğu və olay yerinə xeyli sayda təcili yardım ekipinin gəldiyini bildirmişdık.
Səhər saatlarında aldığımız məlumata görə, hücum nəticəsində 30 nəfər dinc sakin həyatını itirib, 94 nəfər isə müxtəlif dərəcələrdə yaralanaraq xəstəxanalara qaldırılıb. Bu barədə Qaziantep Valiliyi açıqlama verib və həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Baki-xeber.com