"Əl-Ərəbiyyə” telekanalının Fətullah Gülənlə bağlı hazırladığı reportaj ərəblərin ciddi etirazı ilə qarşılanıb.
Baki-xeber.com-un "yenişafak” qəzetinə istinadən xəbərinə görə, reportajda Gülənin Türk hökumətinə və Ərdoğana qarşı işlətdiyi fikirlər geniş etiraza səbəb olub və nəticədə reportaj yayımdan çıxarılıb. Xəbərə görə, reportajda Gülən Ərdoğanın demokratiyaya ləkə gətirdiyini bildirib və əslində 15 iyul olaylarını onun özünün hazırladığını önə sürüb. Böyük etiraz doğurduğu bildirilən reportajın hətta you-tube hesabından da silindiyi xəbər verilir.