Türkiyənin On Doqquz Mayıs Universitenini ayaqyolunda Fətullahçı Terror Təşkilatının təbliğatını aparan audio kasetlər aşkarlanıb.
Baki-xeber.com "Yenişafak” qəzetinə istinadən xəbər verir ki, kasetləri bura atdığı iddia olunan Universitetin prorektoru Süleyman Kaplan gözaltına alınıb. Xəbərə görə, Tibb universitetinin Histologiya və emdriologiya fakültəsinin yerləşdiyi binada qadın ayaqyolunda təmizlik işləri aparan xadimə burada çoxlu kasetin olduğunu görüb və bu barədə təhlükəsizlik xidmətinə məlumat verib. Bundan sonra məsələyə polis də qarışıb və təhlükəsizlik kameralarının incələnməsi nəticəsində kasetləri oraya prorektor Süleyman Kaplanın atmasına dair iddialar ortaya çıxıb. Bundan dərhal sonra prorektor gözaltına alınıb.
Hazırda Fətullah Gülənin çıxışlarının yer aldığı deyilən kasetlərin incələnməsi davam edir.