Kolumbiyada yazıçı Qabriel Qarsia Markesin əksini daşıyan 50 min pesoluq əskinaslar dövriyyəyə buraxılıb.
Baki-xeber.com-un BBC-yə istinadən xəbərinə görə, təxminən 17 ABŞ dolları dəyərində olan əskinaslarda Markes iki dəfə əks olunub – birində ənənəvi portret, digərində ətrafında kəpənəklər uçuşan şəkil formasında. İkinci şəkil onun dünya şöhrətli "Yüz ilin tənhalığı” əsərinə işarədir.
Əskinaslatın təntənəli təqdimatı Santa-Marta şəhərində keçirilib ki, bu şəhər də Markesin doğulduğu departamentin paytaxtı sayılır.
1982-ci ildə Nobel mükafatı alan Markes 2014-cü ildə 87 yaşında dünyasını dəyişib.