Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlünün müşaviri olmuş Gürcan Balık Gülənlə əlaqədə şübhəli bilinərək saxlanıb.
Baki-xeber.com bu barədə Türkiyənin "Hürriyet” qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Balık 26 iyul tarixində işdən çıxarılıb. Əvvəllər o, Əli Babacan və Əhməd Davudoğlunun dönəmlərində Türkiyə XİN-də qəbul şöbəsinin rəisi vəzifəsini daşıyıb, sonradan isə Əhməd Davudoğlunun şəxsi müşaviri olub.