Ötən gecə Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, qəsəbədə vətəndaşa məxsus, ümumi sahəsi 33 m² olan köməkçi tikilidə yanğın olub. Yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.