Qəbələ rayonunda aparılan arxeoloji qazıntılar nəticəsində neolit dövrünə aid əşyalar aşkarlanıb.
Baki-xeber.com "Vestnik Kavkaza” saytına istinadən xəbər verir ki, bunlar gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək vasitələridir. Maraqlıdır ki, bu əşyalar arasında o zaman üçün yüksək texnologiya göstəricisi sayılan metal dulusçuluq aləti var.
Ekspedisiyanın rəhbəri Nəcəf Müseyibli apa.az saytına açıqlamasında bildirib ki, burada katakomba tipli qəbirin tapılması isə elmi dairələrdə əsl sensasiya yaradıb. Onun sözlərinə görə, bu, Qafqazda və ümumən Avropada ən qədim katakomba abidəsidir.