Rusiya DİN-in FTB əməkdaşları Samaranın Lenin rayonunda xüsusi əməliyyat keçirib.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, əməliyyat nəticəsində terror hazırlamaqda şübhəli bilinən təxribatçı qrupun təşkilatçısı – Orta Asiya ölkələrindən olan şəxs yaxalanıb. Axtarış nəticəsində onun üzərindən АК-74 avtomatə və 30 patron, həmçinin 1,8 kq çəkisində 5 trotil şaşkası götürülüb.
Xəbərə görə, onun cibindən həm də İŞİD terrorçu qruplaşmasına sədaqət andının mətni aşkarlanıb.