Bu gün – Rio Olimpiadasının 14-cü günündə Azərbaycanın 6 nəfər idmançısı yarışmalarda iştirak edəcə.
Baki-xeber.com-un xəbərinə görə, bunlar sərbəst güləşcilər Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) , taekvondoçular Milad Beiqi Harçeqani (kişilər, 80 kq) və Fəridə Əzizova (qadınlar, 67 kq), qadın gimnast Marina Durundadır (çoxnövçülük). Həmçinin boksçu Lorenzo Sotomayor (-64 kq) finala vəsiqə qazanmaq üçün rinqə çıxacaq.
Xtırladaq ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.