Qatar Airways aviaşirkətinin sərnişin təyyarəsi İstanbulun Atatürk Hava Limanına məcburi eniş edib.
Baki-xeber.com-un "Reuters”ə istinadən xəbərinə görə, Hava Limanının sözçüsü buna təyyarənin şassisindəki nasazlığın səbəb olduğunu bildirib. Lakin o, CNN Turk telekanalının dediyi kimi, təyyarənin mühərrikində tüstülənmə versiyasını təsdiq etməyib.
Xəbərdə o da bildirilir ki, Dohaya uçmalı olan Airbus 330 layneri heç bir fəsadsız yerə enə bilib və sərniçinlər təyyarəni rahatlıqla tərk ediblər.