şənbə günü, 31 oktyabr 2026
     

Referenduma hazırlıq mərhələsinin ən mühüm rəsmi bəyanatları səsləndi

Image


Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi Azərbaycanda sabitliyin qorunmasına xidmət edir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

M.Pənahov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti yaxşılaşır: "Biz seçkiləri yüksək standartdarla keçirmişik, bu referendumu da yüksək səviyyədə keçirməliyik”.

MSK sədri deyib ki, Azərbaycan artıq inkişaf etmiş ölkələrlə müqayisə olunur: "Elə sahələr var ki, Azərbaycan dünya ölkələrindən xeyli irəli gedib. Əlbəttə, ideal nəsə yoxdur, çatışmazlıqlar ola bilər. Bütövlükdə Azərbaycanda bütün sahələrdə inkişaf var. Bütün istiqamətlərdə Prezident İlham Əliyevin reytinqi yüksəkdir. Amma biz bundan arxayın olmamalıyıq. Bilirsiniz ki, hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər. Biz buna şərait yaratmamalıyıq, kiçik çatışmazlıqları belə aradan qaldırmalıyıq. Biz aşağı seçki komissiyalarını maarifləndirdikcə çatışmazlıqlar aradan qalxır”.

M.Pənahovun sözlərinə görə, Azərbaycan dünyaya nümunə olacaq seçki keçirir: "Seçki komissiyaları üçün hər bir şərait yaradılıb. Bunu xüsusi qiymətləndirməliyik".


PA rəhbərinin müavini Zeynal Nağdəliyev referenduma maraqlı tərəflərin təxribat niyyətlərinin ola biləcəyini dedi

"10 il əvvəl ilə müqayisə edilsə, Azərbaycanda seçki proseslərinin təşkili çox yüksək, müqayisə edilməyəcək səviyyədədir. Çünki çox yüksək səviyyədə dairə seçki komissiyalarının sədrləri, məntəqə seçki komissiyalarının sədrləri yetişib. Heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, referendumlara irad tuta bilmir”. APA-nın məlumatına görə, bunu isə seminar-müşavirədə "Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev söyləyib.

Z. Nağdəliyev deyib ki, qarşıdan gələn referendum da yüksək səviyyədə keçiriləcək: "Seçki Məcəlləsinin heç müddəası pozulmamalıdır. Heç bir seçki məntəqəsində belə hala yol verilməməlidir. Maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq”.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, seçkilərdə partiyalar, namizədlər tərəfindən namizədlərin təbliğatları aparılırsa, referendumda hər bir seçici Konstitusiyaya dəyişikliyin mahiyyəti barədə məlumatlandırılmalıdır: "Azərbaycanda sabitlik, prezident İlham Əliyevin yüksək nüfuzu var. Belə ab-havaya söykənərək Konstitusiyaya dəyişiklik təklif edilib. Hər birimizin borcu odur ki, fəaliyyətimizlə bu ab-havaya kömək edək, xələl yetirməyək. Prezident hər birimizə tapşırıb ki, seçkilər qanunun hər bir müddəasına riayət edilməklə, keçirilməlidir. Əsas məsələlərdən biri də seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə hər şey yüksək səviyyədədir. Bu gün artıq seçicilər üçün daha yaxşı şəraitin yaradılması, səsvermə otaqlarının daha da genişləndirilməsinə diqqət yetirməliyik ”.

Z. Nağdəliyev qeyd edib ki, seçici siyahılarının son günə qədər dəqiqləşdirilməsi prosesi gedəcək: "Hazırda qarşımızda dayanın məsələlərdən biri odur ki, sentyabrın 3-dən başlayacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyən edək. Artıq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyən edilib, onlar mətbuatda dərc ediləcək. Şəffaflıqla əlaqədar seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb, seçki məntəqələrinin 20 faizi veb-kameralarla təmin edilib. İnternet üzərindən veb-kameralarla seçki prosesini izləmək, hətta səslərin sayılmasına baxmaq olar. Veb-kameralar bütün şübhələri ortadan qaldırdı. Gürcüstanda cəmi 25 veb-kamera quraşdırılmışdı. Hətta əvvəllər 500 veb-kamera quraşdırdığımız üçün bizə irad tuturdular ki, niyə veb-kameralar quraşdırmısınız. Bizə irad o idi ki, veb-kameralar seçicilərə təzyiq yaradır. Ancaq biz seçkilərin şəffaflığı üçün bu addımı atdıq, veb-kameraların sayını 1000 ədədə çatdırdıq”.

PA rəhbərinin müavini vurğulayıb ki, səslərin sayılması prosesi daha qısa vaxtda, tez, sürətli təşkil edilməlidir: "Bu sahədə təkmilləşmə üçün veb-kameralardakı görüntülərin təşkili vacibdir. Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda daha çevik idarəetmənin təmin edilməsi üçün təşəbbüslər irəli sürülüb. Artıq seçici nə baş verdiyini görür, oxuyur, müqayisəli təhlil də var. Əsas odur ki, seçicinin hüquqlarının həyata keçirilməsində hər hansı maneə olmasın. Bizim işimiz təşkil etməkdir. Əminəm ki, bu referendum əvvəlkilərdən daha yüksək səviyyədə keçiriləcək”.


Oruc Zalov referendum ərəfəsində icazəsiz mitinqlərə imkan verilməyəcəyini bəyan etdi

Daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək (Trend).

O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: "Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.

Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar: "Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq”.

O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: "Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.


Ziyafət Əsgərov mərhum Prezidentdən sitat gətirdi

"Sentyabrın 26-da keçiriləcək referendum xalqın iradəsinə cavab verir". Bunu isə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

O vurğulayıb ki, bu gün dünyada heç bir dövlət deyə bilməz ki, tam hüquqi dövlətdir: "Mərhum Prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik”.

Z.Əsgərov bildirib ki, referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirən məsələlər kimi əksini tapır: "Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var, ehtiyac varsa, inkişaf var. Biz hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.


Rüstəm Usubov prokurorluğa edilən seçki-referendum şikayətlərinin ilbəil azaldığını dedi

Baş prokurorun birinci müavini Rüstəm Usubov isə qeyd edib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək.

O bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir. Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”.

R.Usubov qeyd edib ki, ümumxarlq səsverməsində prokurorluq orqanlarının da rolu var: "2002-2009-cu illərdə keçirilən refendumda qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da öz növbəsində, bu işləri araşdırıb. Səmərəli işləməklə irəliləyiş əldə etmişik”.

Rüstəm Usubov bildirib ki, seçki pozuntularına daha çox bələdiyyə orqanlarına seçkilərdə rast gəlinib, bu da bələdiyyə seçkilərində daha kütləvi iştirakla bağlıdır (APA).

O bildirib ki, 2005-ci il noyabrın 16-da Milli Məclisə keçirilmiş və 2006-cı il mayın 13-də keçirilmiş təkrar parlament seçkilərində Baş Prokurorluğa 365 müraciət daxil olub: "Həmin müraciətlərin 102-i MSK-dan, 35-i seçki komissiyalarından, 4-ü seçki bloklarından, 31-i hüquq-mühafizə orqanlarından, 193-ü vətəndaşlardan daxil olub. Ümumilikdə, 20 cinayət işi başlanıb. Seçiciləri ələ almağa görə 6 cinayət işi, sənədlərin saxtalaşdırılmasına görə 5 cinayət işi, xuliqanlığa görə 4 cinayət işi, hakimiyyət nümayəndəsinə zor göstərilməsinə görə 1 cinayət işi, seçki komissiyalarının işinə müdaxilə etməklə bağlı 3 cinayət işi, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 1 cinayət işi başlanıb. Həmin şikayətlərdən 14 iş məhkəməyə göndərilib, 18 nəfər barədə qanuni hökm çıxarılıb. Həmin 18 nəfərdən 5-i deputatlığa namizəd, 6-sı məntəqə və dairə seçki komissiyalarının sədrləri, 4-ü seçki komissiyalarının üzvü, 3-ü adi şəxslər olub. Qanun pozuntularına yol verildiyi üçün 10 dairə üzrə seçkinin nəticələri ləğv edilib. 2008-ci ilin prezident seçkilərində prokurorluğa heç bir şikayət daxil olmayıb”.

R. Usubov 2010-cu ilin noyabrın 7-də keçirilən parlament seçkilərində prokurorluğa 93 müraciət daxil olduğunu açıqlayıb: "Həmin müraciətlərlə əlaqədar baş prokurorun qərarı ilə deputatlığa namizəd Vidadi İsgəndərov barədə cinayət işi qaldırılıb. Bu cinayət işi seçicilərə və seçki komissiyalarının üzvlərinə hədələmə və zor tələb etməklə əlaqədar açılıb. Eyni zamanda 1 noyabr 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 23 şikayət daxil olub. Həmin müraciətlərin 17-i aidiyyatı üzrə MSK-ya, ikisi dairə seçki komissiyasına göndərilib, 4 müraciətlə bağlı isə müraciət müəlliflərinə qanunvericiliyin tələbləri izah edilib. Bundan əlavə, 90 saylı Ağdaş seçki dairəsi üzrə nəticələr ləğv edilib, 18 iyun 2016-cı ildə bu dairə üzrə əlavə seçkilər keçirilib. Beləliklə, bu sahədə müsbət dinamika müşahidə olunur”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ