Bu gün səhər saatlarında Türkiyənin Elazığ bölgəsində dəhşətli partlayış baş verib.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, polis bölməsi yaxınlığında törədilən partlayışda 6 nəfər həlak olub, 170 nəfər isə xəsarət alıb ki, onlardan 14 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayışın polis işçılərinin işə gəldiyi vaxt törədildiyi xəbər verilir. Hadisənin məsuliyyətini hələlik heç kəs üzərinə götürməsə də, onun təşkilatçısının PKK olduğu əsas versiya sayılır.