Gürcüstan ordusunun dənizdə itkin düşmüş 2 xüsusi xidmət əməkdaşının axtarışlarına Türkiyə də qoşulub.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, xüsusi xidmət üzrə hərbçilər Acarıstanın Qonio kurort rayonunda üzgüçülük üzrə xüsusi təlim keçərkən itkin düşüblər. Belə ki, 26 yaşlı zabit Yaqo Şaradze və sıravi Georgi Nanetaşvili dərinliyə vardıqdan sonra suyun üzünə çıxa bilməyib. Xəbərə görə, kurs təlimləri suyun 30 metr dərinliyinə enmək üzrə keçirilirmiş. Ölkə DİN, Müdafiə Nazirliyi və ABŞ xüsusi xidməti 3 gündür axtarışlar aparsa da, bir nəticə hasil olmayıb. Bu gün isə Türkiyə də aktiv şəkildə axtarışlara qoşulub.