Türkiyənin Van şəhərində polis bölməsinə hücum edilib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, nəticədə 3 nəfər həlak olub, 71 nəfər yaralanıb. Partlayış bombalı avtomobilin polis bölməsi yaxınlığında partladılması ilə törədilib.
Xəbərə görə, polis artıq partlayışı törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb. Onun kimliyi açıqlanmasa da, ağır yaralı olduğu xəbər verilir. Terrorçu ətrafında aparılan əməliyyatda zirehli texnikadan və helikopterin köməyindən istifadə olunub.
Türkiyə hökuməti hadisəni terror adlandırıb və bunu Kürd Fəhlə Partiyasının (PKK) əməli sayıb.