Bosfor körfəzinin Sarayburnu sahillərində sahil mühafizə xidmətinin kateri qəzaya düşüb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, qəza katerin yük gəmisi ilə toqquşması nəticəsində baş verib. Toqquşmanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Qəza nəticəsində 3 nəfər həyatını itirib. İstanbul valisi Vasip Şahin daha 3 nəfərin xilas edilərək hərbi tibb Akademiyasının Gülhanə xəstəxanasına qaldırıldığını xəbər verib.