"Əl-Qaidə” terrorçu qrupunun yaradıcısı, dünyanın 1 nömrəli terrorçu kimi qəbul etdiyi Üsamə bin Ladenin oğlu Həmzə bin Laden Səudiyyə Ərəbistanında Krallıq hakimiyyətinin devrilməsinə çağırış edib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, məhz bu, regoionun ABŞ-ın təsir dairəsindən çıxmasına yardım edə bilər. Xəbərə görə, bin Ladenin audio-müraciəti 17 avqust tarixində İnternetdə yerləşdirilib. Müraciətdə Həmzə bin Laden Səudiyyə gənclərini Yəməndə mənzillənən "Ərəb yarımadasındakı Əl-Qaidə”yə qoşulmaqla "önəmli döyüş təcrübəsi toplamağa” çağırıb.
Qeyd edək ki, audioyazının harada lentə alındığını təyin etmək mümkün olmayıb.