Qafqaz Universitetində bir sıra araşdırma mərkəzləri ləğv edilə bilər. Bakı Ali Neft Məktəbinin rektoru, "Qafqaz” Universitetinin müvəqqəti idarəçiliyini həyata keçirən Elmar Qasımov Trend-ə bildirib ki, universitetdə bir sıra araşdırma mərkəzləri var ki, onlar bu ali təhsil müəssisəsinin profilinə uyğun deyil: "Həmin mərkəzlər ola bilsin ki, ləğv ediləcək”.