Şimali Qafqaz Müsəlmanlarının Prezident yanında Koordinasiya Şurasının üzvü İsmayıl Berdiyev gündəmə gətirdiyi əcaib təkliflə diqqətləri üzərinə çəkib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, o deyib ki, cəmiyyətdə əxlaqsızlığın kökünü kəsməkdən ötrü bütün qadınlar... sünnət olunmalıdır. O bu barədə "İnterfaks”a açıqlamasında bildirib.
Müftinin bu təklifi sosial şəbəkələrdə bomba effekti yaradıb. Belə ki, məsələyə reaksiya verən müsəlman qadınlar onu gerizəkalılıqda qınayıb və cəmiyyəti inkişaf əvəzinə Afrikanın qəbilə icmasına xas qaydaların tətbiqinə çağırmaqla orta əsrlərə sürükləməsinə etiraz ediblər. Onlar bildiriblər ki, bu təklifinə görə əslində müftinin özünün "dilini sünnət etmək” lazımdır.