ABŞ Rusiyanın İran aviabazasından istifadəsinin BMT qətnamələrinə zidd olub-olmadığını araşdırır.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, belə bir açıqlama ilə Dövlət Departamentinin rəsmisi Mark Toner çıxış edib. O bildirib ki, Rusiya İran aviabazasından istifadə edibsə, bu, BMT TŞ-nın 22311 saylı qətnaməsinə zidd ola bilər. Sözügedən qətnamə isə TŞ-nın icazəsi olmadan İrana silah satışını və hərbi təyyarələrin çatdırılmasını qadağan edir.
Daha öncə Toner bəyan etmişdi ki, ABŞ Rusiyanın İranın Həmədan aviabazasından istifadəsini "acınacaqlı hal” sayır. Dövlət Departamenti rəsmisinin sözlərinə görə, dövlət katibi Con Kerri məsələ ilə bağlı narahatlığını Rusiya xarici işlər naziri sergey lavrovun diqqətinə çatdırıb.
Pentaqondan isə bildiriblər ki, Moskva Vaşinqtonu İŞİD-ə qarşı əməliyyatlar zamanı İran aviabazasından istifadə edəcəyilə bağlı xəbərdar edib. Qurumdan deyiblər ki, Rusiyanın xəbərdarlığı nəticəsində onlar öz uçuşlarının təhlükəsizliyini təmin edə biliblər.
Qeyd edək ki, Həmədan aviabazası daha öncə də Suriya əməliyyatlarında Rusiya tərəfindən istifadə olunub, lakin o zaman yalnız uçuşlar həyata keçirilib. Oradan zərbələr endirilməyib.