Azərbaycanın yunan-roma güləşçisi Rəsul Çunayev Rio 2016 Olimpya Oyunlarında bürünc medal qazanıb.
"Trend”-in məlumatına görə, Çunayev Cənubi Koreyalı Ryu Xan Su üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur.